• Bakı 9° C

    5.39 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Piylənmə sonsuzluğa səbəb olur

CƏMİYYƏT

27 Avqust 2022 | 06:48 | Müəllif: Qalib İbrahimoğlu

Piylənmə sonsuzluğa səbəb olur

"Sənayenin inkişaf etməsi eyni zamanda insanların qidalanmasına öz mənfi təsirini göstərməkdədir".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə cərrah Fərid Rəfiyev bildirib.

Onun sözlərinə görə, qidalanma tərzindəki dəyişikliklər və fiziki hərəkətlərin azlığı kompleks halda bir araya gəldikdə bütün dünyada olduğu kimi ölkəmizdə də şişmanlıq (artıq çəki) yaranmasına səbəb olub. Aparılmış araşdırmaların nəticəsi şişmanlığın (artıq çəkili insanarın) 10-40% artdığını bildirir.

F.Rəfiyev deyib ki, artıq çəki əsasən uşaqlara və gənclərimizə də təsir etməyə başlayıb: "Artıq çəki ilə mübarizə aparmaq bir çox xəstəlikəri müalicə etmək deməkdir. Çünki artıq çəki ürək-damar sistemi xəstəlikləri, hipertoniya (yüksək təzyiq), şəkər xəstəliyi, bəzi xərçəng növlərinin, tənəffüs sistemi xəstəliklərinin, sonsuzluğun ,erektil disfunksiyanın (impotensiya) və s. yaranmasına səbəb olur. Artıq çəkili kişilərdə normallara nisbətən 3 dəfə çox sonsuzluq şikayəti ( uşaq olmaması) görülür".

Həkim onu da vurğulayıb ki, artıq çəkili kişilərdə toplanmış piylərdə estrogenlərin (qadın hormonları) miqdarıının artması erektil disfunksiyaya (impotensiya) səbəb olur.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026