• Bakı 17° C

    3.35 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Problemli kreditlərin məbləği AÇIQLANDI

İQTİSADİYYAT

15 Aprel 2024 | 15:40

Problemli kreditlərin məbləği AÇIQLANDI

2024-cü il mart ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 24629,1 milyon manat təşkil edib, onun 20615,8 milyon manatı uzunmüddətli kreditlər olub.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2024-cü il mart ayının 1-nə ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,9 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2024-cü il mart ayının 1-nə 13267,2 milyon manat olub.

2024-cü ilin yanvar-mart aylarında manatın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata bərabər olub. 1 Avro – 1,85 manat, 100 Türk lirəsi – 5,50 manat, 100 Rusiya rublu- 1,87 manat təşkil edib.


SON XƏBƏRLƏR

29 Aprel 2024