• Bakı 17° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.8238

    RUB - 0.0183

Qızıl medal qazanan boksçularımız vətənə döndülər

İDMAN

16 Aprel 2024 | 09:07

Qızıl medal qazanan boksçularımız vətənə döndülər

Xorvatiyanın Poreç şəhərində gənclər arasında keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan boksçuları Vətənə qayıdıblar.

Bakıvaxtı.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların qarşılanma mərasimi olub. Mərasimdə idman ictimaiyyətinin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları iştirak ediblər.

Milli komanda qitə birinciliyini iki qızıl medalla başa vurub. Yığmanın heyətində Bilalhəbaşi Nəzərov (48 kiloqram) və Ömər Aslanlı (54 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


SON XƏBƏRLƏR