• Bakı 11° C

    7.7 m/s

  • USD - 1.7

    EUR - 1.8255

    RUB - 0.0174

Sərdar Cəlaloğlu: "Seçkiləri boykot etmək cinayətdir" - MÜSAHİBƏ

MÜSAHİBƏ

18 Dekabr 2023 | 14:32

Sərdar Cəlaloğlu: Seçkiləri boykot etmək cinayətdir - MÜSAHİBƏ

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-yə çatıb. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin və keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının (1 apreldə partiya özünü buraxıb - red.) sədri Fuad Əliyevin növbədənkənar prezident seçkilərində iştirak etmək üçün namizədlikləri irəli sürülüb. Qeyd edək ki, bundan öncə Prezident İlham Əliyevin (Yeni Azərbaycan Partiyası), Fazil Mustafanın (Böyük Quruluş Partiyası), Elşad Musayevin (Böyük Azərbaycan Partiyası) və Zahid Orucun (Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri) prezidentliyə namizədliyi irəli sürülüb. Müxalifət partiyaları - Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək, Azərbaycan Xalq Cəbhəsi Partiyaasi seçkiləri boykot etmək barədə qərar qəbul ediblər. Məlumat üçün deyək ki, Azərbaycanda 2024-cü il fevralın 7-də növbədənkənar prezident seçkiləri keçiriləcək. 

Azərbaycan Demokratik Partiyasının sədri Sərdar Cəlaloğlu seçki prosesi ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandırıb. Partiya sədri növbədənkənar prezident seçksinin elan olunması və bunun hansı zərurətdən irəli gəlməsi ilə bağlı fikirlərini bəyan edib.

 - Sərdar bəy, növbədənkar prezident seçkisinin elan olunmasını necə qarşıladınız? Belə bir qərarın verilməsi hansı zərurətdən irəli gəldi? 

 - Gəldiyim qənaət odur ki, bu qərar geosiyasi vəziyyətlə bağlıdır. 2025-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli bəyanatın müddəti başa çatır. O da hesablanır ki, 2025-ci ilədək Rusiya-Ukrayna müharibəsi də aydınlaşacaq. Belə vəziyyətdə Rusiya keçmiş postsovet ölkələri ilə münasibətlərinə yenidən baxa bilər. Yəni Cənubi Qafqazda möhkəmlənmək üçün ciddi addımlar atar. Məhz həmin dövrdə Azərbaycanda prezident seçkisinin keçirilməsi yaxşı heç nə vəd etmir. Digər yandan Ermənistanda baş nazir Nikol Paşinyan növbədənkənar seçkilərə getməklə yenidən öz legitimliyini təsdiqlədib. İlham Əliyev Qarabağ müharibəsindən əvvəlki prezidentliyini davam etdirir və savaşdan sonra xalqın münasibətini ifadə edən siyasi divident yoxdur. Görünür, Qarabağ məsələsinə əsaslanan bir legitimlik istəyir ki, Qarabağla bağlı məsələ başa çatsın. Mənim düşüncəmə görə, növbədənkənar seçkini zəruri edən şərtlər budur. 

 - Radikal müxalifət yenə seçkini boykot etdi, prosesdə iştirak etməyəcəklərini bildirdilər. Boykot qərarına münasibətiniz necədir? 

 - Siyasi Partiyalar haqqında qanuna əsasən, seçkiləri boykot etmək cinayətdir. İştirak etməmək, seçkiyə qatılmamaq başqa məsələsidir. Amma boykot cinayətdir. Yəqin ki, həmin partiyalar da seçkidə iştirak etməməmək barədə qərar qəbul ediblər. Seçkini nəyə görə boykot edirlər ki? Seçkidə iştirak etmirəm, seçkilər arası dövrdə də ölkədə vəziyyəti dəyişdirmək üçün ciddi addımlar atmıram. Onda adamdan soruşarlar ki, bəs sən nə istəyirsən?

  - Bəy, növbədənkənar seçki qərarının Qərbin təzyiqləri ilə əlaqələndirilməsini necə şərh edərdiniz? 

 - Qərbin təzyiqi yox, məsləhəti. Bunlar fərqli şeylərdir. Məsləhət odur ki, müəyyən geopolotik hadisələr nəzərə alınaraq, təklif oluna bilər ki, növbədənkənar prezident seçkisinə gedilsin. Təzyiq isə məcbur etməkdir.  

 - Qərbin təzyiqi dedikdə yəni guya Azərbaycana yönəlik hansısa təhlükələrin gözlənilməsini nəzərdə tuturam.

 - Qərbdən Azərbaycana qarşı heç bir təzyiq, heç bir təhlükə gözlənilmir. Bu, sadəcə ruspərəstlərin yanlış təbliğatının insanlarda yaratdığı təəssüratdır.

Aydın Baxış


SON XƏBƏRLƏR

11 Noyabr 2024