• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.8517

    RUB - 0.0242

Twitter reklam verənləri geri qaytarmağa çalışır

Multİmedia

03 Dekabr 2022 | 02:27

Twitter reklam verənləri geri qaytarmağa çalışır

Twitter reklam verənlərə əhəmiyyətli stimullar təklif edərək onların sosial şəbəkə daxilində reklam xərclərini artıracaqlarına ümid edir.

Bakıvaxtı.az xəbər verir ki, bu üsul ilə sosial şəbəkənin rəhbərliyi Twitter-də reklam kampaniyalarını dayandırmış reklam verənləri geri qaytarmaq istəyir. Verilmiş məlumata əsasən sosial şəbəkənin administrasiyası bu məsələ ilə bağlı reklam agentliklərinə məktub göndərib. Həmin məktubda Twitter öz platformasında reklam kampaniyalarını keçirtmək istəyən təmsilçilərə ciddi endirimlər təklif edir.

Məsələn, sosial şəbəkə daxilində reklam kampaniyalarına 500 000 dollar vəsait xərcləyəcək şirkətlərə eyni vəsait dəyərində əlavə xidmətlər təklif edir. Lakin təklif edilən əlavə xidmətlərin dəyəri ümumilikdə 1 milyon dolları keçməməlidir. Daha az xərclər çərçivəsində təkif edilən əlavə xidmətlərin həcmi də az olacaq (technote.az). Bu təklif il sonuna kimi sifariş ediləcək reklam kampaniyaları üçün keçərlidir. Qeyd etmək lazımdır ki, son zamanlarda reklam verənlər Twitter daxilində reklam kampaniyalarını dayandırıblar. Reklam xidmətlərindən əldə edilən gəlir isə sosial şəbəkənin ümumi gəlirinin 90%-ni təşkil edir.


SON XƏBƏRLƏR

03 Fevral 2023