• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Xocəsən yolunda avtobus YANDI - YENİLƏNİB - VİDEO

HADİSƏ

07 Mart 2023 | 09:57

Xocəsən yolunda avtobus YANDI - YENİLƏNİB - VİDEO

“Bakıda yanan sərnişin avtobusunda ölüm və xəsarət qeydə alınmayıb”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev bildirib ki, bu gün saat 07:45-də 596 nömrəli marşrut xətti üzrə Xocəsən dairəsindən “Meyvəli” bazarı istiqamətinə hərəkətdə olan IVECO OTOYOL markalı 90-LR-327 nömrə nişanlı avtobus, ilkin məlumata görə, mühərrikində baş vermiş qısaqapanma səbəbindən alovlanaraq yanıb. 

“Yanğın qısa müddət ərzində söndürülüb. Qeyd olunan yolda hərəkət tam bərpa edilib. Hazırda idarə əməkdaşları ərazidədirlər və araşdırma aparılır”, - deyə R.Tağıyev bildirib.

***

09:21

Bakıda sərnişin avtobuslarından biri alışaraq yanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Hadisə Xocəsən-Sədərək yolunda qeydə alınıb.

Yanğın hadisəsi zamanı xəsarət alanlar barədə məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026