• Bakı 13° C

    7.25 m/s

  • USD - 1.7

    EUR - 1.9576

    RUB - 2.1644

Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi

CƏMİYYƏT

25 Noyabr 2025 | 15:13

Yeni başçı sürücüsünü baş mütəxəssis təyin etdi

Qax Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Bakıvaxtı.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı rayonun yeni icra başçısı Elvin Paşayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kamran Orucov baş mütəxəssis-sürücü vəzifəsindən azad olunub və o, indiyədək vakant olan təsərrüfat işləri üzrə baş mütəxəssis vəzifəsinə təyin edilib.

Baş mütəxəssis-sürücü vəzifəsinə isə Səxavət Əhədov təyinat alıb. O, bundan əvvəl də E.Paşayevin Göygöl Rayon İcra Hakimiyyətində sürücüsü olub.

Xatırladaq ki, Elvin Paşayev noyabrın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Qax Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.


SON XƏBƏRLƏR