• Bakı 29° C

    5.38 m/s

  • USD - 1.7

    EUR - 1.9564

    RUB - 2.1335

Azərbaycan Əlcəzairə dəstək verdi
SİYASƏT
01 Avqust 2026 | 00:30

Azərbaycan Əlcəzairə dəstək verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əlcəzairin Bumerdes əyalətində çoxsaylı insan tələfatına səbəb olan sərnişin avtobusu qəzası ilə əlaqədar başsağlığı verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib.

"Dost Əlcəzairin Bumerdes vilayətində çoxsaylı insan tələfatına səbəb olan faciəvi sərnişin avtobusu qəzası ilə əlaqədar Əlcəzair hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Həlak olanların ailələrinə və yaxınlarına səmimi hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə və tam sağalmasını arzulayırıq.

Azərbaycan bu çətin zamanda Əlcəzairlə həmrəydir", - paylaşımda qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Iyul 2026