• Bakı C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Bakıda mağazalardan oğurluq edildi
HADİSƏ
17 Dekabr 2025 | 17:56

Bakıda mağazalardan oğurluq edildi

Paytaxtın Sabunçu rayonunda silsilə oğurluq cinayətləri qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, naməlum şəxs gecə saatlarında iki mağazanın qapısını qıraraq zərərçəkənlərə ümumilikdə 2900 manat dəyərində ziyan vurub. Talanan əşyalar arasında nağd pul vəsaiti ilə yanaşı, mobil telefon, enerji içkiləri və tütün məmulatları da olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirilə hər iki əməli törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 22 yaşlı E.Yusifov müəyyən olunaraq saxlanılıb.

Məhəmmədi qəsəbəsində keçirilən digər tədbir zamanı isə marketlərin birindən 800 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən 40 yaşlı İ.Nadirov da saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR