Yaponiya növbəti il üçün Ukraynaya təxminən 6 milyard dollar yardım ayırıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski X hesabında məlumat verib.
Zelenski dəstəyə görə Yaponiya Baş naziri Sanae Takaiçiyə təşəkkürünü bildirib.
O, bu məbləğin Rusiya təcavüzünə qarşı Ukraynanın müdafiəsinə kömək edəcəyini qeyd edib.
Prezidentin sözlərinə görə, Ukrayna Yaponiyanın təkcə Sakit okean regionunda deyil, həm də qlobal miqyasda liderlik mövqeyini yüksək qiymətləndirir.
Bakı 












