• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

DİN və AQTA 1 tondan artıq yararsız at əti aşkarladı
HADİSƏ
05 Dekabr 2025 | 16:02

DİN və AQTA 1 tondan artıq yararsız at əti aşkarladı

Bakı şəhəri Yasamal rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız at əti məhsullarının satıldığı aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyi birgə əməliyyat keçirib.

Nəticədə qanunsuz fəaliyyətlə məşğul olan iki nəfər-Kamal Əkbərov və Mehman Cəfərov saxlanılıblar. Sexə baxış zamanı 1 tondan artıq qidaya yararsız at əti aşkar olunub.

Araşdırmalarla müəyyən edilib ki, saxlanılan şəxslər mənşəyi məlum olmayan, qidaya yararsız at ətini keyfiyyətli mal əti kimi satışa çıxarıblar. Həmin ətlərdən nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinin labaratoriyasına göndərilib.

Təyin olunan ekspertizalar zamanı aşkarlanan ətin qidaya yararsız olduğu təsdiq edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


SON XƏBƏRLƏR