• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir - FOTO- YENİLƏNİB
SİYASƏT
10 Iyul 2025 | 13:48

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir - FOTO- YENİLƏNİB

Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, MTP klubunun təsisçisi, amerikalı Çarlz Vilinin (Charles Veley) rəhbərlik etdiyi səyyahlar əvvəlcə Şuşa şəhər mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri - Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini ziyarət ediblər.

    Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

    15 ölkədən səyyahların yer aldığı heyət sonra Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları, Şuşa türməsi ilə tanış olub.

    Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

    Heyətin 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

    Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.

    ***

    10:36

    Dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun üzvlərinin Şuşa şəhərinə səfəri başlayıb.

    Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, səyyahlar Qarabağ və Şərqi Zəngəzur səfəri çərçivəsində Füzuli rayonundan sonra Şuşaya gəliblər.

      Qeyd edək ki, qrup 30 nəfərdən ibarətdir, onlardan 9-u dünyanın bütün - 193 ölkəsində olublar.

      ***

      08:55

      Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

      Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər klubunun Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

        15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. Səfər iştirakçıları ilk olaraq Füzuli rayonuna gəliblər.

        Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

        Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır.

        Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfə edib.


        SON XƏBƏRLƏR

        10 Iyul 2025