• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Emin Hüseynov: Füzulidə 2 yaşayış kompleksi inşa olunacaq
İQTİSADİYYAT
15 Iyul 2025 | 15:00

Emin Hüseynov: Füzulidə 2 yaşayış kompleksi inşa olunacaq

"Füzulidə növbəti 2 yaşayış kompleksi inşa olunacaq".

Bakıvaxtı.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

O bildirib ki, Füzuli şəhərində ilk yaşayış kompleksində hazırda 850 ailə yaşayır.

"Növbəti 2 yaşayış kompleksinin də bu ilin sonuna qədər Füzuli şəhərində tikintisi başlanacaq.

O cümlədən Hadrut qəsəbəsi və Tuğ kəndində kommunikasiya və yol işləri icra olunmaqdadır.

Bu yaxınlarda Hadrutda inzibati binanın tikintisi, Tuğ kəndində isə yaşayış evlərinin bərpası üzrə layihələrimiz start veriləcək.

Eyni zamanda Xocavənd rayonunun digər kəndlərində də bu ilin sonuna qədər 1552 evin təmir olunaraq keçmiş məcburi köçkün ailələrinə verilməsini planlayırıq", - deyə E.Hüseynov söyləyib.


SON XƏBƏRLƏR