Ermənistan və Fransa müdafiə nazirlikləri 2026-cı il üçün müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, müdafiə sahəsində əməkdaşlıq proqramına bir neçə tədbir daxildir:
“Sənəd 15-16 dekabr tarixlərində Parisdə keçirilən ikitərəfli strateji məsləhətləşmələrin yekununda imzalanıb. Ermənistan nümayəndə heyətinə Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Departamentinin rəisi Levon Ayvazyan rəhbərlik edib. Məsləhətləşmə zamanı Ayvazyan Fransa Müdafiə Nazirliyinin Beynəlxalq Əlaqələr və Strategiya Departamentinin bu yaxınlarda təyin olunmuş rəhbəri Qiyom Olanye ilə görüşüb. Növbəti strateji məsləhətləşmələr İrəvanda keçiriləcək”./Axar.az
Bakı 












