• Bakı C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.994

    RUB - 2.1421

Ermənistan və Rusiya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb
DÜNYA
17 Dekabr 2025 | 17:48

Ermənistan və Rusiya arasında bir sıra ikitərəfli sənədlər imzalanıb

Ermənistan və Rusiya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 24-cü iclası haqqında protokolu, həmçinin bir sıra ikitərəfli sənədləri imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, sənədlər İrəvanda keçirilən Hökumətlərarası Komissiyanın iclasının yekununda imzalanıb.

Tərəflər iclasda iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar əlaqələrin bütün kompleksini müzakirə edib, ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın inkişafı üçün addımları müəyyən ediblər.

Ermənistan və Rusiya hökumətlərinin nümayəndələri energetika, sənaye, nəqliyyat, kənd təsərrüfatı, rəqəmsallaşma, səhiyyə, elm və təhsil sahələrində qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər.

Komissiyanın həmsədrləri Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan və Rusiya Baş nazirinin müavini Aleksey Overçukdur./Report


SON XƏBƏRLƏR