• Bakı C

    3.36 m/s

  • USD - 1.7

    EUR - 1.7825

    RUB - 1.5962

İnsan kapitalı gələcəyin əmək bazarında da mühüm amil olacaq - Dos. İlham Əhmədov yazır
YAZARLAR
13 Yanvar 2023 | 09:56

İnsan kapitalı gələcəyin əmək bazarında da mühüm amil olacaq - Dos. İlham Əhmədov yazır

İlham Əhmədov

Əmək bazarı sürətlə yeniləşir, mürəkkəbləşir və nəticədə dünya təhsil sistemi bu yeniliklərə uyğunlaşa bilmir. Yaxın gələcəkdə süni intellektin istehsal və idarəetmə proseslərində geniş istifadəsi əmək bazarında yeni, tam fərqli vəziyyət yaradacaq.

Bunun detallarını indi söyləmək çətindir. Təhsil sanki qeyri-müəyyən gələcəyə gedir.

Artıq proseslər çox mürəkkəbləşib, sürətlənib, xaotik xarakter alıb. İnsan öz intellekti və fərdi bacarıqları hesabına düzgün qərar vermək gücündə olmayacaq. Yeganə çıxış yolu süni intellektdən səmərəli istifadədir. Bu isə ölkədə elm, təhsil və texnologiyanın yüksək inkişafını tələb edir.

Peşəkar təhsilşünasların elm və təhsilin təşkilinə və idarə edilməsinə cəlb edilən ölkələr bu vəziyyətdən çıxacaq, təbii ki, ciddi elmi araşdırmalar əsasında. Təhsili naşı əllərdə olan, hətta normal məktəb dərsliyi yaza bilməyən ölkələrdə, təəssüf ki, elm və təhsil reanimasiyadam morqa doğru gedəcək.

Əmək bazarının gələcəyini iş yerlərini, işçi qüvvəsini və  işin xarakterini dəyişəcək iki əsas tendensiya müəyyən edir:

1) iş yerində süni intellekt, maşın təlimi, robototexnika kimi texnologiyalardan istifadə;  

2) işçi qüvvəsinin fiziki bölgüsünü dəyişdirmək və hibrid işçi qüvvəsi modellərini yaymaq.

Son onillikdə iş yerlərinin rəqəmsal transformasiyasına və çevik hibrid işçi qüvvəsi modellərinə maraq  artıb. Pandemiya bu tendensiyaları daha da sürətləndirdi. İş yerində süni intellektdən istifadənin artması əsas tendensiya olaraq qalır, 2020-ci ildə aparılan sorğular şirkət  rəhbərlərinin 71%-nin süni intellektə daha çox pul xərcləməyi planlaşdırdığını göstərir, 86%-i süni intellektin onların biznesləri üçün kritik texnologiyaya çevriləcəyini gözləyir.

Rusiya Federasiyası Əmək və Sosial Müdafiə Nazirliyinin rəsmiləri bildirirlər ki, texnoloji inkişafın iş yerlərini ixtisar etməsi ilə bağlı qorxular əsassızdır. Sadəcə, hər şeyi diqqətlə izləmək lazımdır, müəyyən peşələrin nümayəndələrini bu peşənin tezliklə bitəcəyi ilə qorxutmağa ehtiyac yoxdur.

Texnologiya və texnoloji transformasiya əmək bazarına böyük dəyişikliklər gətirir. Tamamilə yeni iş yerləri yaranır, onlara tamamilə yeni tələblər qoyulur. Rəqəmsallaşma iş bacarıqlarına olan tələbləri dəyişir. Doğru yerdə düzgün bacarıqlara malik düzgün insanlara ehtiyacımız var. Bunu uzun müddət ərzində davamlı şəkildə etmək lazımdır. Deməli, əvvəllər olduğu kimi gələcəkdə də insan kapitalı həlledici amil olacaq. Bunun formalaşması təhsil sistemindən, bu kapitaldan səmərəli istifadə dövlətin kadr siyasətindən asılı olacaq.

Bakıvaxtı.az


SON XƏBƏRLƏR