Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.
Bakıvaxtı.az bu barədə yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, İstanbulda terror təşkilatının maliyyə qaynaqlarının üzə çıxarılması və şübhəlilərin tutulması istiqamətində iş aparılıb.
Komandalar 3 rayonda 9 ünvanda eyni vaxtda əməliyyat keçirib və 6 şübhəlini saxlayıb.
Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar, sənədsiz silah və 865 ədəd patron ələ keçirilib.
Mina Mikayılova