• Bakı 26° C

    9.45 m/s

  • USD - 1.7

    EUR - 1.9969

    RUB - 2.1375

Kreml Putin və Trampın görüşünü istisna etmir
DÜNYA
28 Iyul 2025 | 14:28

Kreml Putin və Trampın görüşünü istisna etmir

Kreml sentyabrda Çində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünə hazırlıq aparmır.

Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, hər iki lider eyni vaxtda Pekində olarsa, belə təmasları istisna etmək olmaz.

"Bu görüşə heç bir hazırlıq aparılmır, çünki razılaşdırılmış təmaslar yoxdur", - Kremlin nümayəndəsi qeyd edib.

D.Peskov Putinin sentyabrın əvvəlində Pekinə səfər planlarını təsdiqləyib: "Əgər ABŞ Prezidenti də eyni tarixlərdə Çinə səfər etmək qərarına gələrsə, dövlət başçılarının da eyni şəhərdə olacağı təqdirdə nəzəri cəhətdən belə bir görüşü istisna etmək olmaz".

Onun fikrincə, Rusiya və ABŞ liderlərinin görüşü yalnız ekspert səviyyəsində hazırlıq aparıldıqdan sonra baş tuta bilər.


SON XƏBƏRLƏR