• Bakı 12° C

    5.14 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.2291

Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşdü -YENİLƏNİB - FOTOLAR
SİYASƏT
05 Dekabr 2025 | 15:41

Mikayıl Cabbarov Oleq Korobçenko ilə görüşdü -YENİLƏNİB - FOTOLAR

İqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Bakıvaxtı.az-a nazirlikdən bildirilib.

Məlumata görə. görüşdə Tatarıstanla iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, işgüzar dairələr arasında tərəfdaşlıq münasibətlərinin gücləndirilməsi, birgə istehsalın təşkili üçün geniş imkanların mövcudluğu vurğulanıb. Ticarət, sənaye, energetika, logistika, təhsil, səhiyyə və digər sahələrdə işbirliyinin inkişafı istiqamətində perspektivlər, həmçinin Azərbaycan Respublikası ilə Tatarıstan Respublikası arasında ticarət-iqtisadi, elmi-texniki və mədəniyyət sahələrində əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi müzakirə olunub.

Tərəflər birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və həyata keçirilən digər təşəbbüsləri dəyərləndiriblər.

***

14:15

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Tatarıstan Respublikası Baş nazirinin müavini Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Tatarıstan Respublikası baş nazirinin müavini, sənaye və ticarət naziri Oleq Korobçenkonun rəhbərlik etdiyi nümayəndə heyətini ölkəmizdə qarşılamaqdan məmnun olduq.

Ticarət, sənaye, energetika, rəqəmsallaşma, turizm, KOB və digər sahələrdə əməkdaşlığın inkişafı istiqamətində perspektivləri müzakirə etdik.

Birgə sənaye zonasının yaradılması çərçivəsində görülən işlər, nəqliyyat vasitələrinin istehsalı layihəsi üzrə əldə edilən nəticələr və digər həyata keçirilən təşəbbüsləri dəyərləndirdik", - paylaşımda bildirilib.


SON XƏBƏRLƏR