• Bakı 25° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Ölkəyə 450 mindən çox smartfon idxal edilib
CƏMİYYƏT
22 Iyul 2025 | 12:16

Ölkəyə 450 mindən çox smartfon idxal edilib

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 145 milyon 672 min ABŞ dolları dəyərində 458 min 642 ədəd smartfon idxal edilib.

Bakıvaxtı.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 12.8% və ya 67 min 324 ədəd, dəyər baxımından isə 1.7% və ya 2 milyon 556.9 min ABŞ dolları azdır. Belə ki, 2024-cü ilin ilk 5 ayı ərzində ölkəyə 148 milyon 228.9 min dollar dəyərində 525 min 966 ədəd smartfon gətirilib.

    Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 540 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 479 manat idi.

    Bu dövrdə ölkəyə smartfon əsasən Çindən ( 368 min 701 ədəd), Vyetnamdan (83 min 432 ədəd), Hindistandan (6275 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 511 manata, Vyetnamdan 643 manata, Hindistandan 888 manata, Koreyadan isə 204 manata idxal edilib.

    Qeyd edək ki, hesabat dövründə Azərbaycandan 133 min ABŞ dolları dəyərində 662 ədəd smartfon ixrac edilib. Gürcüstana (491 ədəd) və Çexiya (171 ədəd) ixrac edilən bu məhsulun orta qiyməti 341 manat təşkil edib.


    SON XƏBƏRLƏR