Moskva Yeni Dehli ilə müdafiə sektorunda sıx əməkdaşlıq edir, o cümlədən ordunun, həmçinin hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsinə yardım göstərir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Hindistanın Baş naziri Narendra Modi ilə danışıqlarından sonra deyib.
"Rusiya və Hindistan ənənəvi olaraq hərbi-texniki sahədə sıx əməkdaşlıq edir. Yarım əsrdən artıqdır ki, ölkəmiz Hindistan ordusunun, o cümlədən hava hücumundan müdafiə qüvvələri, aviasiya və donanmasının təchiz edilməsinə və modernləşdirilməsinə kömək edir", - Putin qeyd edib.
Əli Hüseynov
Bakı 











