• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

“Qarabağ”ın ən böyük DÜŞMƏNİ - Şərhçi elə şeylər DANIŞDI Kİ...
İDMAN
27 Avqust 2026 | 16:25

“Qarabağ”ın ən böyük DÜŞMƏNİ - Şərhçi elə şeylər DANIŞDI Kİ...

“Qarabağ” bu gün UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda Niderlandın “Tvente” klubunu qəbul edəcək.

Matç öncəsi futbol şərhçisi Natiq Muxtarlı gözləntilərini və komandanın şanslarını Bakıvaxtı.az-a qiymətləndirib.

N.Muxtarlı heyətdəki yenilənmələr səbəbindən “Qarabağ”ın mövsümün əvvəlində əvvəlki oyun keyfiyyətini göstərə bilmədiyini, lakin “Tvente” ilə səfər matçında zədəlilərin çoxluğuna baxmayaraq ideala yaxın oyun nümayiş etdirdiyini bildirib.

Şərhçi Bakıdakı cavab oyununun gərgin və çətin keçəcəyini vurğulayıb:

“Bu oyunda bir neçə çətinlik var. Birincisi, "Tvente" Bakıda daha çox qaçacaq və gərgin mübarizə aparacaq, bu da "Qarabağ"dan ikiqat artıq qüvvə tələb edir. İkinci və ən əsas amil isə "Qarabağ"ın bu gün əsas düşməninin Tofiq Bəhrəmov adına stadionun ot örtüyü olmasıdır. İki gün əvvəl orada "Sabah"ın 120 dəqiqəlik ağır oyunu keçirilib və meydança yaxşı vəziyyətdə deyil. Yaxşı ot örtüyündə texnikalı futbol oynamağa öyrəşən "Qarabağ" üçün bu, ciddi maneədir”.

Buna baxmayaraq, N.Muxtarlı Qurban Qurbanovun yetirmələrinin fərdi keyfiyyətinə və nizam-intizamına inandığını qeyd edib. O, “Qarabağ”ın bu görüşdə məğlub olmayacağını (heç-heçə, 1:1 və ya 0:0 bitə biləcəyini) və şanslardan istifadə edərək “Tvente” səddini keçəcəyini proqnozlaşdırıb.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026