• Bakı 25° C

    10.76 m/s

  • USD - 1.7

    EUR - 1.9873

    RUB - 2.1736

Realın braziliyalı hücumçusu yenidən zədələnib
İDMAN
22 Iyul 2025 | 12:11

"Real"ın braziliyalı hücumçusu yenidən zədələnib

Madrid "Real"ının braziliyalı hücumçusu Endrik yenidən zədələnib.

Bakıvaxtı.az-ın İspaniyanın "Sport.es" onlayn nəşrinə istinadən məlumatına görə, futbolçu iki ay yarıma qədər bərpa olunacaq.

Mənbənin məlumatına görə, "Real"da Endrikin zədədən yalnız sentyabrın sonuna qədər sağalacağı gözlənilir.

Braziliyalı ilk zədəsini mayın 18-də, La Liqanın XXXVII turunun "Sevilya" ilə (2:0) matçında almışdı. Bu səbəbdən o, klublararası dünya çempionatında oynaya bilməmişdi.

"Real"ın yeni mövsümdə ilk matçı avqustun 19-na planlaşdırılıb. Madrid təmsilçisi 2025/2026 mövsümündə La Liqanın ilk turunda "Osasuna" ilə qarşılaşacaq.

Endrik 2024-cü ildən "Real"da çıxış edir. O, ötən mövsüm 37 matçda 7 qol vurub və 1 məhsuldar ötürmə verib.


SON XƏBƏRLƏR