• Bakı 20° C

    13.17 m/s

  • USD - 1.7

    EUR - 1.9425

    RUB - 2.1533

Rusiya nümayəndə heyəti İstanbuldadır
DÜNYA
02 Iyun 2025 | 09:10

Rusiya nümayəndə heyəti İstanbuldadır

Rusiya nümayəndə heyəti Rusiya və Ukrayna nümayəndə heyətləri arasında bu gün keçirilməsi planlaşdırılan danışıqlar üçün İstanbula gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün bu gün İstanbuldakı Çırağan sarayında keçirilməsi planlaşdırılır.

    Danışıqlarda iştirak edəcək Rusiya nümayəndə heyəti dünən axşam saatlarında İstanbula gəlib.

    Rusiya tərəfindən nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.

    Ukrayna prezidenti Volodimir Zelenski də sülh danışıqlarında iştirak etmək üçün Ukrayna nümayəndə heyətini təyin etdiyini və müdafiə naziri Rustem Umerovun nümayəndə heyətinə rəhbərlik edəcəyini açıqlayıb.


    SON XƏBƏRLƏR

    03 Iyun 2025