• Bakı 29° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Rusiyanın Ukraynaya olan borcu AÇIQLANDI
DÜNYA
11 Iyul 2025 | 00:25

Rusiyanın Ukraynaya olan borcu AÇIQLANDI

Rusiya Ukraynaya silahlı hücum nəticəsində dəymiş zərəri kompensasiya edənə qədər Moskva dondurulmuş Rusiya aktivlərinə çıxış əldə edə bilməyəcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Almaniya kansleri Fridrix Merts bildirib. 

Almaniya hökumətinin başçısı ümumi zərərin həcmini 550 milyard avro qiymətləndirib.

Kiyevdə üç ildən çox davam edən müharibədən sonra Ukraynanın bərpasına çəkilən xərclər 850 milyard avro dəyərində qiymətləndirilir.

2022-ci ilin fevralında Qərb Rusiya Mərkəzi Bankının 260 milyard avrodan çox məbləğdə aktivlərini dondurub. Bu pulun böyük hissəsi - təxminən 190 milyard avro Belçikanın "Euroclear" depozitarında, məbləğin digər hissəsi isə ABŞ-də saxlanılır.


SON XƏBƏRLƏR

10 Iyul 2025