• Bakı 29° C

    4.46 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

WhatsAppda yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq
MULTİMEDİA
11 Iyul 2025 | 00:19

"WhatsApp"da yeni funskiya - Söhbətlərimizə nəzarət olunacaq

"WhatsApp" əvvəllər yalnız "Android" cihazlarında mövcud olan birbaşa mesaj cavabları funksiyasını iOS platformasında da test etməyə başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, yeni funksiya hazırda TestFlight üzərindən əlçatan olan iOS üçün "WhatsApp beta" versiyasında aktiv inkişaf mərhələsindədir.

Məlumata görə bu funksiya hələ adi istifadəçilər üçün tam aktiv olmasa da, beta versiyada görünməsi onun yaxın gələcəkdə ictimai istifadəyə veriləcəyini göstərir.

Birbaşa cavablar funksiyası istifadəçilərə əsas söhbət lentindən ayrı, strukturlaşdırılmış şəkildə müəyyən bir mesaja cavab verməyə imkan yaradacaq. Bu, hazırda mövcud olan və əsas lentdə görünən cavab formatından fərqlidir və xüsusilə eyni söhbətdə bir neçə fərqli mövzu müzakirə olunduqda mesajların izlənməsini xeyli asanlaşdıracaq.

Yeni xüsusiyyət cavab verilmiş mesajın yanında kiçik bir cavab sayğacı şəklində görünəcək. Bu göstəriciyə toxunduqda isə həmin mövzuya aid bütün cavabları ehtiva edən ayrıca bir pəncərə açılacaq. İstifadəçilər burada həm əvvəlki cavabları oxuya, həm də yeni cavablar əlavə edə biləcəklər.

Qeyd edək ki, "WhatsApp" yeni funksiyaları adətən mərhələli şəkildə buraxır. Yeni funksiyanın yaxın aylarda bütün istifadəçilər üçün təqdim olunacağı gözlənilir./Milli.az


SON XƏBƏRLƏR

10 Iyul 2025