• Bakı 26° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9825

    RUB - 2.0265

Slovakiya NATO-nun Şərq Keşikçisi Əməliyyatına qoşulur
DÜNYA
27 Avqust 2026 | 16:12

Slovakiya NATO-nun Şərq Keşikçisi Əməliyyatına qoşulur

Slovakiya alyansın şərq cinahının hava məkanını qorumaq üçün NATO-nun "Şərq Keşikçisi" əməliyyatına qoşulmaq qərarına gəlib. 

Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bununla bağlı Polşanın müdafiə naziri Vladislav Kosiniak-Kamış "X" hesabında paylaşım edib.

O, paylaşımda "Baş nazirin müavini və müdafiə naziri Robert Kalinakka və Slovakiya hökumətinə Slovakiya qoşunlarının NATO-nun Şərqi Gözətçi Əməliyyatında iştirakını təsdiqlədiklərinə görə təşəkkür edirəm. Onlar Polşa və Rumıniyada yerləşdiriləcək, hava müşahidəsi aparacaq və Alyansın inteqrasiya olunmuş hava və raketdən müdafiə sistemini dəstəkləyəcəklər" sözlərini yazıb.

Qeyd edək ki,12 sentyabr 2025-ci ildə NATO-nun Baş katibi Mark Rutte alyansın şərq cinahının hava məkanını qorumaq üçün hərbi əməliyyat olan Şərqi Keşikçi Əməliyyatının başlandığını elan edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026