• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.9216

    RUB - 2.0775

Tramp: Amerikalılar cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar
DÜNYA
04 May 2025 | 00:42

Tramp: "Amerikalılar cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar"

"ABŞ məhkəmələrinin miqrantların deportasiyasında prezident administrasiyasına yardım etməkdən imtina etmələri dövlət qurucularının ideyaları ilə ziddiyyət təşkil edir".

Bakıvaxtı.az xəbər verir ki, bunu ABŞ-nin Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

"Necə ola bilər ki, hakimlər ABŞ-yə cinayətkarları, o cümlədən qatilləri ölkəmizdən gəldikləri yerə deportasiya etməsinə icazə vermirlər? Əgər bu baş verirsə, o zaman tanıdığımız ölkənin sonu çatıb.

Amerikalılar tamamilə fərqli, cinayətlərlə dolu həyata öyrəşməli olacaqlar. Bu, heç də qurucuların nəzərdə tutduqları dövlət deyil!" , - deyə o vurğulayıb./oxu.az


SON XƏBƏRLƏR

03 May 2025