İyulun 13-də Türkiyə üzərindən 1745 tranzit uçuş baş tutub ki, bu da indiyədək qeydə alınmış rekord göstəricidir.
Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlayıb.
Nazir bildirib ki, Türkiyənin mülki aviasiyası iyulun 12-də ümumi təyyarə səfərində qeydə alınan 6110 uçuşla daha bir rekorda imza atıb. Bu göstərici ötən il iyunun 15-də qeydə alınan rekordu (5943) yeniləyib: “Əldə edilən bu göstəricilər bir daha sübut edir ki, Türkiyənin hava sahəsi Avropa ilə Körfəz və Asiya ölkələri arasında mühüm hava dəhlizi rolunu oynayır və bölgənin hava nəqliyyatında mərkəzi mövqeyə çatıb”.