• Bakı 26° C

    8.14 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Vanqanın DƏHŞƏTLİ proqnozu reallaşır - Sabahla bağlı ŞOK XƏBƏRDARLIQ
DÜNYA
29 May 2025 | 12:21

Vanqanın DƏHŞƏTLİ proqnozu reallaşır - Sabahla bağlı ŞOK XƏBƏRDARLIQ

Yay aylarına doğru dünyanı narahat edən proqnozlar getdikcə daha da aktuallaşır. Məşhur bolqar kahin Vanqanın illər öncə verdiyi bəzi öncəgörmələr bu gün baş verən qlobal proseslərlə üst-üstə düşür və bu da narahatlıqları artırır.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, Vanqanın proqnozuna görə, 2025-ci ilin yayı Avropa üçün son dərəcə ağır ola bilər.

Onun sözlərinə görə, bölgədə genişmiqyaslı hərbi münaqişənin baş verməsi ehtimalı yüksəkdir və bu qarşıdurma təkcə Avropa ilə məhdudlaşmayacaq – bütün dünya miqyasında sarsıdıcı təsirlər doğura bilər.

Bununla yanaşı, illər öncə Vanqa yay aylarında təbii fəlakətlərin və iqlimlə bağlı anormal hadisələrin baş verəcəyini də qeyd edib. O, həmçinin texnologiya sahəsində təhlükəli sarsıntılar və bəşəriyyətin bu sahədəki həddini aşmasının fəsadları barədə xəbərdarlıq etmişdi.

Maraqlıdır ki, bu proqnozlara təkcə Vanqa deyil, tanınmış hind astroloqu Giri də öz astrologiya təhlilində diqqət çəkib. Giri 30 may 2025-ci il tarixində planetlərin xüsusi düzülüşünün baş verəcəyini qeyd edib. Onun fikrincə, bu səmavi hadisə Yer üzündə ciddi enerji dəyişikliklərinə və gözlənilməz çətinliklərə səbəb ola bilər.

Hazırda dünyada artan siyasi gərginliklər, iqlim dəyişikliyinin fəsadları və texnoloji sahədə nəzarətsiz inkişaf bu proqnozların reallığa çevrilə biləcəyindən xəbər verir.

Bütün bu ehtimallar fonunda 2025-ci ilin yayının insanlıq üçün sınaq dövrü ola biləcəyi düşünülür. İstər Vanqanın mistik öncəgörmələri, istərsə də astroloji təhlillər yaxın gələcəkdə ehtiyatlı və diqqətli olmağın vacibliyini bir daha göstərir.

 

 

 


SON XƏBƏRLƏR

30 May 2025