İspaniyanın “Barselona” klubunun mərkəz müdafiəçisi Andreas Kristensen gələn yay komandanı tərk edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Diario Sport” nəşri məlumat yayıb.
Bildirilir ki, klub rəhbərliyi 29 yaşlı danimarkalı futbolçunun tez-tez zədələnməsi səbəbindən onunla müqavilənin müddətini uzatmaq niyyətində deyil. Belə ki, Kristensen son zədəsini əvvəlki xəsarətindən sağaldıqdan cəmi 24 saat sonra alıb. O, cari mövsümdə bütün turnirlər üzrə cəmi 9 oyunda iştirak edib və məhsuldar göstərici ilə yadda qalmayıb.
Futbolçunun “Barselona” ilə mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı müdafiəçinin bazar dəyərini 12 milyon avro olaraq qiymətləndirib.
Bakı 











