• Bakı 23° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8646

    RUB - 0.0179

Azərbaycana münasibətlərin kökündə dayanan incə məqamlar və maraqlar: ABŞ istəyir ki...

SİYASƏT

07 Oktyabr 2024 | 16:10

Azərbaycana münasibətlərin kökündə dayanan incə məqamlar və maraqlar: ABŞ istəyir ki...

"Azərbaycan 44 günlük müharibədə qalib gəlib. Cənubi Qafqazda qüvvələr balansı dəyişib. Bundan dolayı bu gün Qərbin, ABŞ-nin sancısını İranın xarici siyasətində də görürük. Rusiyanın bu ritorikasından uzaq olsam da, "kollektiv Qərb" anlayışını yerində işlədirlər".

Bunu Bakıvaxtı.az-a Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli deyib.

Ekspert vurğulayıb ki, Avropanın mərkəzləri ilə ABŞ Azərbaycana münasibətdə eyni stenddə dayanır:

"Təbii ki, Azərbaycana qarşı bu münasibətlərin kökündə incə məqamlar və maraqlar var. Bu münasibətlər "Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanacaqmı" sualına söykənir. Əgər imzalancaqsa, harada imzalanacaq. Fikir verirsizsə, cənab prezident artıq Vaşinqtonda keçirilən tədbirlərdə iştirak etmir. Buna siyasi və mədəni boykot da demək mümkündür. Digər məqam isə Azərbaycanın gözləntilərinin yüksək səviyyədə olduğu bir siyasi mənzərədə, siyasi prizmada ABŞ-nin Azərbaycan XİN başçısı Ceyhun Bayramovun timsalında təşkil etdiyi görüşdən istədiyini alıb-almaması ilə bağlıdır”.

Müsahibimiz qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin avqustda Azərbaycana səfərindən sonra ortaya çıxan gözləntiləri də nəzərdən qaçırmaq olmaz. Yəni toqquşan maraqlar bunlarla bağlıdır:

“ABŞ istəyir ki, Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi Qərbdə imzalansın. Ən azından Vaşinqton olmasa da, Avropanın hansısa mərkəzi olsun. Məqsəd odur ki, qarantor ölkə Qərbdə güc mərkəzlərindən biri olsun və həmin dövlətin də maraqları nəzərə alınsın. Azərbaycan öz bölgəsində söz sahibidir və güclüdür. Niyə regionda hansısa kənar gücün, fərqli oyunçunun təmsil olunmasına imkan verməliyik?"

Əziz Əzizbəyli: Regionda kənar gücün, fərqli oyunçunun təmsil olunmasına imkan verməməliyik

Analitik diqqətə çatdırıb ki, son üç-dörd ildə Rusiya Azərbaycanın milli maraqlarını tapdamayıb:

"Ən azından Qarabağda keçirilən birgünlük anti-terror əməliyyatlarına, rus sülhməramlılarının Qarabağı tərk etməsinə nəzər yetirə bilərik. Azərbaycan Rusiya üçün artıq zəif ölkə deyil. Azərbaycan bölgədə oyun quran dövlətdir, beynəlxalq güc balansları arasında kifayət qədər güclü münasibət qurmuş ölkədir. Putinin Azərbaycana səfərinin kökündə də bir fakt dayanır. Bu, bölgədə kommunikasiyaların açılması məsələsidir. Burada Azərbaycan öz maraqlarını müdafiə edir və sülh prosesini də bunun tərkib hissəsi kimi görür. Lakin Azərbaycan Zəngəzur dəhlizi anlayışını müzakirələrdən çıxartdı. Sadəcə indiki vaxtda bu məsələ manipulyasiyaya imkan yaradır deyə, Zəngəzur dəhlizi anlayışını ədəbiyyata kommunikasiya adı ilə daxil edirik. Bizim üçün nəticələr dəyişmir".

Aydın Baxış


SON XƏBƏRLƏR

07 Oktyabr 2024