• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Bölgədə yeni reallıqlar: ABŞ nədən və niyə narahatdır?

SİYASƏT

08 Oktyabr 2024 | 13:26

Bölgədə yeni reallıqlar: ABŞ nədən və niyə narahatdır?

“İmperialist dövlətlər müasir dövrdə yerləşmək istədikləri bölgələrdə əvvəlcə zəmin hazırlayır və öz addımlarını beynəlxalq hüquqla əsaslandırırlar. ABŞ da müxtəlif regionlara etdiyi müdaxilələri guya orada ya kütləvi qırğın silahlarının olması, ya da demokratiyanın pozulması və ya digər məsələləri bəhanə edərək bu kimi xüsusiyyətlərin beynəlxalq sülhü təhdid etdiyini iddia edib”.

Bunu siyasi şərhçi Elmir Səftərov ABŞ-nin Azərbaycanla bağı mövqeyini Bakıvaxtı.az-a şərh edərkən deyub.

Onun sözlərinə görə, bu baxımdan da Cənubi Qafqaz siyasəti ABŞ-nin maraqları üçün prinsipial əhəmiyyət kəsb edir və Ermənistanın təhlükəsizliyi reallığı əks etdirməyən bəhanə kimi önə çəkilir. Müsahbimiz qeyd edib ki. halbuki, dünyanın gözü önündə Azərbaycan torpaqlarını işğal edib uzun illər əsarəti altında saxlayan Ermənistana bu istiqamətdə heç bir təzyiq göstərməyən Amerika beynəlxalq hüququnun bərpa olunmasından olduqca narahat görünür.

E.Səftərov bildirib ki, İkinci Qarabağ müharibəsinin nəticələri əsasında regiondakı güc balansının, strateji, psixoloji üstünlüyün dəyişməsini, təzyiq rıçaqlarının Ermənistanın əlindən çıxmasını Amerika öz maraqlarının genişləndirilməsi çərçivəsində onun üçün ciddi problem yaratdığını düşünür. Həmçinin bölgədəki yeni reallıqlar, separatizmin kökünün kəsilməsi kontekstində Ermənistanın işğalını davam etdirə bilməməsini Amerika öz regional və qlobal maraqlarına zidd hesab edir:

“Cənubi Qafqazda Azərbaycanın və Gürcüstanın mövqeyini çox gözəl anlayan ABŞ düşünür ki, Ermənistan regionda həm Amerikanın regional məqsədlərini gücləndirmək üçün tramplin rolunu oynaya, həm də onunla ən təbii müttəfiq kimi əməkdaşlıq edə bilər”.

Siyasi şərhçiyə görə, Bayden administrasiyasının 2021-ci ildə qondarma “erməni soyqırımı”nı tanıması son illərdə genişlənərək davam edək ermənipərəstliyin davamı idi:

“Eyni zamanda, İkinci Qarabağ müharibəsi və ondan sonrakı proseslərdə Azərbaycanın əldə etdiyi uğurlar fonunda Ermənistanın maraqlarının yerlə bir olmasına görə ermənilərin çoxu ABŞ-nin addımlardan o qədər də razı qalmadılar. ABŞ-dəki erməni icmalarının artan təzyiqləri səbəbindən Vaşinqtonun ölkəmizə qarşı qərəzli münasibəti son illərdə geniş vüsət alıb. Demokratların prezidentliyə namizədi Kamala Harris senator, həm də vitse-prezident kimi erməni amerikalı icması ilə ardıcıl əlaqə saxlayır, onların problemlərinin davamlı şəkildə müdafiə edir. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizə qarşı qərəzli yanaşma ABŞ-nin dövlət siyasətinin tərkib hissəsi olmaqla bərabər, ən yüksək dairələr tərəfindən də yönləndirilir”.

Elmir Səftərov: Vaşinqtonun ölkəmizə qarşı qərəzli münasibəti son illərdə geniş vüsət alıb

Həmsöhbətimiz onu da qeyd edib ki, ABŞ-nin guya regionda sülhün əldə olunması üçün real təşəbbüsləri də xarici siyasət strategiyasının üzdə olan xarakterini göstərsə də, Vaşinqtonun əsl niyyətini özündə ehtiva etmir:

“Bir yandan həyata keçirilən azərbaycanofob siyasəti, digər yandan Ermənistana edilən müxtəlif yardımlar təktərəfli yanaşmanın ədalətli sülhə xidmət etmədiyini aydın şəkildə göstərir, saziş imzalansa da, İrəvanın maraqlarının əsas götürülməsinin onun üçün əsas olduğunu deməyə imkan verir. ABŞ artıq əsl üzünü və niyyətini gizlədə bilmir. Bunun ən bariz nümunəsini Yaxın Şərqdə gördük. Belə ki, ABŞ bir yandan Yaxın Şərqdə savaşın bitməsinə, sabitliyin bərqərar olmasına çalışdığını desə də, İsrailə göstərdiyi silah yardımı 18 milyard dollara yaxındır və bu da Amerikanın, əslində, sülhün əldə olunmasına ən böyük mane olduğunu göstərir”.

Murad Məmmədli


SON XƏBƏRLƏR