• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

CƏMİYYƏT

08 Oktyabr 2024 | 12:53

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

“Balıqçılıq haqqında”, “Heyvanlar aləmi haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında” və “Ovçuluq haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiqlənib.

Bakıvaxtı.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq qəbul edilib. 

Dəyişikliyə əsasən, sənəddə adı çəkilən qanunlarda “cərimə” sözləri “təbiətə dəymiş ziyan” sözləri ilə əvəz edilib. 

Həmçinin heyvanlar aləmi haqqında qanunvericiliyin pozulmasında təqsiri olan şəxslər, o cümlədən heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni, onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Digər dəyişiklik ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna bu maddə ilə müəyyən olunan bir sıra daxilolmalarla yanaşı, yaşıllıqların götürülməsinə (kəsilməsinə), zədələnməsinə və ya məhv edilməsinə görə zədələndikdə, bərpa edilməsi mümkün olduqda bərpa dəyərini, məhv edildikdə isə dəymiş ziyanın ödənilməsini nəzərdə tutur.

Mina Mikayılova


SON XƏBƏRLƏR