• Bakı 22° C

    10.44 m/s

  • USD - 1.7

    EUR - 1.8675

    RUB - 0.0177

Gələn həftə bu universitetlərin tələblərinə vahid tələbə kartı veriləcək - SİYAHI

CƏMİYYƏT

08 Oktyabr 2024 | 12:02

Gələn həftə bu universitetlərin tələblərinə vahid tələbə kartı veriləcək - SİYAHI

Ölkəmizdə gələn həftədən etibarən bir sıra universitetlərdə vahid tələbə kartının tətbiqinə başlanılır. 

Bir müddət əvvək Təhsilin İnkişafı Fondu Kapital Bank və “Visa" beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında yeni “TələbəPlus” kartlarının istifadəyə verilməsi üçün memorandum imzalanıb. Kart vasitəsilə tələbələr “Visa”nın təqdim etdiyi xüsusi keşbek, endirim, promokodlardan yararlana biləcəklər. Layihə çərçivəsində yerli və xarici şirkətlərlə müqavilələrin imzalanması və tələbələr üçün xüsusi güzəştlərin əldə olunması istiqamətində addımlar atılır. Bu imkanlar restoran, kafe, kitab, geyim, dəftərxana ləvazimatları mağazası, tibb müəssisəsi və s. məkanlarda mövcud olacaqdır.

“TələbəPlus” kartı eyni anda bir neçə funksiyanı yerinə yetirəcək. Həm universitetə giriş-çıxışı təmin edəcək, həm debet bank kartı kimi fəaliyyət göstərəcək, həm də tələbələrin təqaüd kartı olacaq. Tələbələr bütün bank əməliyyatlarını bu kart vasitəsilə rahat şəkildə yerinə yetirə biləcəklər. 
Bəs ilkin mərhələdə hansı universitetlərin tələbələrinə bu kart veriləcək?

Bakıvaxtrı.az xəbər verir ki, Təhsilin İnkişafı Fondundan bildirilib ki, kart oktyabrın 15-dən etibarən11 universitetdə tələbələrə təqdim ediləcək.

- Azərbaycan Dövlət Pedaqoji Universiteti

- Azərbaycan Texniki Universiteti

- Bakı Mühəndislik Universiteti

- Sumqayıt Dövlət Universiteti

- Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

- Türkiyə-Azərbaycan Universiteti

- Fransa-Azərbaycan Universiteti (UFAZ)

- Azərbaycan Memarlıq və İnşaat Universiteti

- Bakı Dövlət Universiteti

- Bakı Slavyan Universiteti

-Azərbaycan Dillər Universiteti.

Qeyd edək ki, layihənin ilkin mərhələdə Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrində tətbiq olunması nəzərdə tutulur. Daha sonra isə digər dövlət və özəl universitetlər könüllü şəkildə layihəyə qoşula bilərlər. Kart ölkə üzrə bütün universitetlərin tələbələri üçün nəzərdə tutulub. Bura həm əyani, həm qiyabi, həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil alan tələbələr daxildir.Modern.az


SON XƏBƏRLƏR