• Bakı 26° C

    11.92 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

DSMF: Şəxsiyyət vəsiqəsi olmadan, sosial ödənişlər mümkün deyil

CƏMİYYƏT

27 Avqust 2025 | 10:35

DSMF: Şəxsiyyət vəsiqəsi olmadan, sosial ödənişlər mümkün deyil

Dövlət Sosial Müdafiə Fondunun sosial ödənişlərinin vətəndaşlara verilməsi şəxsiyyət vəsiqəsi məlumatlarına bağlıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu fondun mətbuat katibi Rəşad Mehdili bəzi vətəndaşların sosial ödəniş ala bilməməsinə münasibət bildirərkən deyib.

O əlavə edib ki, qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa, ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil:

"Şəxsiyyət vəsiqəsi hər hansı səbəbdən qüvvədən düşmüş vətəndaşlar məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət edib, yeni qüvvədə olan şəxsiyyət vəsiqəsi almalıdır. Bundan sonra sosial ödənişlərinin davam etdirilməsi mümkün olacaq".


SON XƏBƏRLƏR

26 Avqust 2025