• Bakı 19° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.8152

    RUB - 0.018

Gömrük Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

İQTİSADİYYAT

31 May 2023 | 23:10

Gömrük Komitəsində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 31-də Dövlət Gömrük Komitəsində Dünya Bankının Ticarətin asanlaşdırılması üzrə böyük mütəxəssisi Ernani Arqolo Çekuçi Filyonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, görüşdə ticarətin asanlaşdırılması, sərhədkeçmə prosedurlarının sadələşdirilməsi, ölkəmizin ixrac potensialının artırılması, bu istiqamətlər üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə dair məsələlər müzakirə edilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov bildirib ki, bu gün ölkəmizdə əldə olunan iqtisadi nailiyyətlərdə Dövlət Gömrük Komitəsinin də müstəsna yeri var. Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycan gömrük orqanları Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində bu sahənin inkişafına yönəlmiş genişmiqyaslı tədbirlər nəticəsində təkmilləşməkdə və müasirləşməkdə davam edir. Həmçinin son dövrlərdə gömrük sahəsində reallaşdırılan innovativ layihələr, əməliyyatların asanlaşdırılması və sürətləndirilməsi,  ölkəmizdən keçən beynəlxalq nəqliyyat dəhlizlərin səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən ardıcıl tədbirlər, beynəlxalq əməkdaşlığın gücləndirilməsi, həmçinin qanunvericiliyin təkmilləşdirilməsi sahəsində atılan addımlar barədə məlumat verilib.

Görüşdə dövlət sərhədindən buraxılış məntəqələrində müvafiq dövlət nəzarəti üzrə fəaliyyətlərin “Bir pəncərə” prinsipi əsasında tənzimlənməsi, risklərin idarəolunması, səlahiyyətli iqtisadi operator institutunun təkmilləşdirilməsi, qanunvericiliyə dair məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

18 Aprel 2024