İsrail ordusunun Livanın cənubundakı Sur və Nəbatiyyə şəhərlərinə təşkil etdiyi hücumlarda 15 nəfər həyatını itirib.
Bakıvaxtı.az bu barədə NNA-ya istinadla xəbər verir.
Belə ki, İsrail döyüş təyyarələri Nəbatiyyənin Ərəbsəlim bölgəsində Hizbullaha bağlı İslam Sağlamlıq Qurumuna aid mərkəzə zərbələr endirib.
Hücumda 6 tibb işçisi həyatını itirib.
İsrail ordusunun Nəbatiyyə şəhər mərkəzi və ətraf məhəllələrə təşkil etdiyi hücumlarda 8 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.
Livan Səhiyyə Nazirliyinin ötən gecə verdiyi açıqlamada İsrail ordusunun Surun müxtəlif bölgələrində həyata keçirdiyi hücumlarda 11 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilib.