• Bakı 26° C

    1.51 m/s

  • USD - 1.7

    EUR - 1.9673

    RUB - 2.3573

Lavrovdan Yaxın Şərq və Ukraynadakı münaqişələrin həlli ilə bağlı AÇIQLAMA

SİYASƏT

16 Iyun 2026 | 14:12

Lavrovdan Yaxın Şərq və Ukraynadakı münaqişələrin həlli ilə bağlı AÇIQLAMA

 Yaxın Şərq və Ukraynadakı münaqişələrin həlli üçün yalnız siyasi iradə lazımdır.

Bakıvaxtı.az "Birinci İnformasiya" telekanalına istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. 

Onun sözlərinə görə, istənilən münaqişə tez bir zamanda həll edilə bilər. Prezident Putinin dediyi kimi, hər şey Qərbin öz öhdəliklərini yerinə yetirmədiyi, Avropa İttifaqının və Böyük Britaniyanın aqressiv siyasəti səbəbindən Alyaska müqavilələrinin pozulmasına səbəb olduğu bir vəziyyətdə həll olunur.

Nazir Rusiyanın mövqeyini bir daha təkrarlayıb və bildirib ki, indiki şəraitdə hər şey cəbhə xəttində həll olunur.

Yaxın Şərqdəki münaqişəyə də toxunan Lavrov ümid edir ki, ABŞ və İran tezliklə hər iki tərəfin elan etdiyi sülh müqaviləsi imzalayacaqlar. 

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Iyun 2026