• Bakı 27° C

    10.16 m/s

  • USD - 1.7

    EUR - 1.9786

    RUB - 2.1157

Mirzoyan: "Azərbaycan və Ermənistan ŞƏT-ə qoşula bilər və qoşulmalıdır"

SİYASƏT

28 Avqust 2025 | 11:42

Mirzoyan: Azərbaycan və Ermənistan ŞƏT-ə qoşula bilər və qoşulmalıdır

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sensasion açıqlama ilə çıxış edib.

Bakıvaxtı.az xəbər verir ki, o bildirib ki, həm Ermənistan, həm də Azərbaycan artıq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzvlük üçün müraciət təqdim ediblər.

“Biz müraciət etmişik, Azərbaycan da müraciət edib. Yaxınlaşan ŞƏT sammitinə bizi tərəfdaş qismində dəvət ediblər. Biz iştirak edəcəyik. Hesab edirik ki, həm biz, həm də Azərbaycan bu quruma qoşula bilər və qoşulmalıdır”, – deyə Mirzoyan vurğulayıb.

Qeyd edək ki, ŞƏT-in sammiti avqustun 31-dən sentyabrın 1-dək Tyançzin şəhərində keçiriləcək.


SON XƏBƏRLƏR

27 Avqust 2025