Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planını təsdiq edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, məsələ barədə məlumatı komissiyanın katibi Arifə Muxtarova təqdim edib.
Sonra qərar MSK-nın növbədənkənar Prezident seçkiləri iə əlaqədar bu gün keçirilən iclasında verilib.
Qeyd edək ki, dövlət başçısı İlham Əliyev dekabrın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.