• Bakı 22° C

    6.84 m/s

  • USD - 1.7

    EUR - 1.9913

    RUB - 2.0786

“ABAD” Şəkidə “Sənətkarlıq diyarı” tədbirini reallaşdırıb
CƏMİYYƏT
08 Sentyabr 2025 | 10:29

“ABAD” Şəkidə “Sənətkarlıq diyarı” tədbirini reallaşdırıb

5 sentyabr 2025-ci il tarixində Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Sənətkarlıq diyarı” adlı mədəni-kütləvi tədbir təşkil olunub.

Bakıvaxtı.az xəbər verir ki, tədbir Şəki Şəhər İcra Hakimiyyətinin və “ABAD” publik hüquqi şəxsin təşkilatçılığı, Dövlət Turizm Agentliyinin tərəfdaşlığı ilə reallaşdırılıb.

Məlumatda bildirilib ki, əsas məqsəd qədim sənətkarlıq ənənələrinin yaşadılması, müasir dövrdə inkişafı, yaradıcı insanların bir araya gətirilməsi və mədəni dəyərlərin təbliği olub.

Qeyd edilib ki, UNESCO-nun “Yaradıcı şəhərlər” şəbəkəsinin üzvü olan Şəki şəhərində keçirilən tədbir çərçivəsində “ABAD”çı sənətkarların “Konstitusiya və Suverenlik İli” mövzusunda hazırlanmış əsərlərindən ibarət sərgi təşkil edilib, müxtəlif sənət sahələrinin canlı nümayişləri ictimaiyyətə təqdim olunub. Qonaqlar Şəkinin zəngin tarixi-mədəni irsi ilə yanaşı ölkəmizin müxtəlif bölgələrindən gələn sənətkarların yaradıcılıq nümunələrini də yaxından izləmək imkanı qazanıblar.

Sonda tərəfdaş qurumlar və iştirakçı sənətkarlar qədim sənət ənənələrinin qorunması və təbliğindəki xidmətlərinə görə sertifikatlarla təltif olunublar.


SON XƏBƏRLƏR

08 Sentyabr 2025