ABŞ Dövlət Departamenti Prezident Donald Trampın administrasiyasının Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə Ermənistan və Azərbaycana təkliflər təqdim etdiyi barədə xəbərlərə münasibət bildirib.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ Dövlət Departamentindən “Armenpress”in sorğusuna cavab olaraq bildirilib ki, Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsinə yönəlmiş səyləri dəstəkləyir.
Bununla belə, Dövlət Departamenti belə bir məlumata malik olmadıqlarını bəyan edib.