Argentina millisinin sabiq futbolçusu Karlos Tevesə yeni vəzifə verilib.
Bakıvaxtı.az-ın məlumatına görə, o, ölkəsinin "Atletiko Talleres" klubunda baş məşqçi kimi çalışacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 41 yaşlı mütəxəssis sonuncu dəfə Argentinanın "İndependyente" komandasını (2023-cü il) çalışdırıb. O, daha əvvəl, 2022-ci ildə "Rosario Sentral"da da baş məşqçi kimi fəaliyyət göstərib.