• Bakı C

    5.16 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Avroviziya-2026: Daha bir ölkə yarışmadan imtina etdi
ŞOU
10 Dekabr 2025 | 23:07

Avroviziya-2026: Daha bir ölkə yarışmadan imtina etdi

İslandiya da Avroviziya-2026 mahnı müsabiqəsində iştirakdan imtina edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İslandiyanın ictimai televiziyası məlumat yayıb.

Bildirilib ki, İsrailin mahnı müsabiqəsinə qatılması səbəbindən İslandiya yarışdan geri çəkilib.

Qeyd edək ki, 4 dekabrda Avropa Yayım Birliyinin İsrailin Avroviziyada iştirakına icazə veriləcəyini elan etdikdən sonra İspaniya, İrlandiya, Niderland və Sloveniya müsabiqədən imtina edib.

Yarışma 2026-cı ilin may ayında Avstriyada keçiriləcək.


SON XƏBƏRLƏR