• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Diplomatlar Qarabağ Universitetində xüsusi sessiya keçirib - YENİLƏNİB
SİYASƏT
10 Iyul 2025 | 18:41

Diplomatlar Qarabağ Universitetində xüsusi sessiya keçirib - YENİLƏNİB

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Xankəndi şəhəri, Qarabağ Universitetində “Azərbaycan xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası öz işinə başlayıb.

Bu barədə Bakıvaxtı.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar.

Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış edib.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında universitetin fəaliyyəti, tədris proqramları haqqında ətraflı məlumat verib. Rektor universitetin peşəkar professor-müəllim heyəti, müasir infrastruktur və tələbələr üçün yaradılmış geniş sosial-mədəni mühit barədə danışıb.

Nazir müavini Elnur Məmmədov Xankəndi şəhərinin 1923-cü ildən sonra erməniləşdirilməyə çalışılmasına baxmayaraq, məhz 100 ildən sonra 2023-cü ildə suverenliyimizin tam bərpası ilə tarixi ədalətin bərqərar olduğunu vurğulanıb.

Ölkəmizin suverenliyinin bərpasından dərhal sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Qarabağ Universitetinin yaradılması ilə bağlı qərar verilməsinin əhəmiyyəti qeyd edilib.

Doğma Xankəndidə, Qarabağda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, təşkil olunan yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizin yenilməz gücünü bir daha təsdiqlədiyi vurğulanıb.

Qısa müddətlik tarixə malik olmasına baxmayaraq, Qarabağ Universitetində tədris prosesi üçün yaradılmış şəraitin, Universitetin müəllim və tələbə kollektivinin əldə etdiyi uğurların bu tədris ocağının gələcəyinə güclü inam yaratdığı qeyd edilib.

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsinin, eləcə də 9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı gününün məhz Xankəndi şəhərində, Qarabağ Universitetində keçirilməsinin simvolik əhəmiyyəti olduğu, bunun həm zəfər tariximizə diplomatlarımız tərəfindən verilən dəyər və Qarabağ Universitetinə dəstəyin göstəricisi olduğu vurğulanıb.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxışı zamanı, Xankəndi şəhərində görülən genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə gələcək planlar barədə ətraflı məlumat verib.

Səfər çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən diplomatik missiyalarımızın akkreditə olduqları ölkələrdən əldə etdikləri 500-ə yaxın kitab Qarabağ Universitetinin kitabxanasına hədiyyə olunub.

Daha sonra, səfər iştirakçıları Qarabağ Universitetinin İncəsənət fakültəsinin tələbələri tərəfindən hazırlanmış konsert proqramında iştirak ediblər.

Səfər çərçivəsində, həmçinin Şuşa şəhəri də ziyarət edilib, şəhərin tarixi yerlərinə ekskursiya təşkil olunub.

 

***17:12

Diplomatik xidmət orqanları rəhbərlərinin IX Müşavirəsi çərçivəsində Qarabağ Universitetində “Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər, imkanlar və çağırışlar” mövzusunda Xankəndi xüsusi sessiyası keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müşavirə iştirakçıları Xankəndi şəhərində həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Qarabağ Universitetində yaradılmış şəraitlə tanış olublar.

Daha sonra keçirilən Xankəndi xüsusi sessiyasının açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov çıxış ediblər.

Çıxışlarda Qarabağ Universitetinin yaradılması ilə bağlı Azərbaycan Prezidentinin tarixi qərarının əhəmiyyəti vurğulanıb, Universitetdə görülən işlər, yaradılan şərait, habelə ümumilikdə Xankəndi şəhərində aparılan bərpa və yenidənqurma işlərindən bəhs olunub.


SON XƏBƏRLƏR

10 Iyul 2025