• Bakı 26° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb
HADİSƏ
10 Iyul 2025 | 16:34

Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb

Azərbaycanda bu ilin 6 ayı ərzində 17049 cinayət qeydə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində keçirilən 6 ayın yekunları ilə bağlı kollegiya iclasında bildirilib.

Deyilib ki, onların 94,4 faizi daxili işlər və prokurorluq orqanları tərəfindən prosessual qaydada araşdırılan hüquqazidd əməllər olub. 2024-cü ilin analoji dövrü ilə müqayisədə ağır və xüsusilə ağır cinayətlər 18,9, odlu silahın tətbiqi ilə törədilənlər 2 dəfə, əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilənlər 19,8, qrup halında baş verənlər 18,8, məişət zəminində törədilənlər 5,5, qəsdən adam öldümələr 39,1, mülkiyyət əleyhinə olanlar 4,2, o cümlədən oğurluqlar 6,2, dələduzluqlar 7,3 faiz azalıb.


SON XƏBƏRLƏR

10 Iyul 2025