İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin bu gün keçirdiyi növbəti hərracda 7 nəqliyyat vasitəsi satılıb.
Bakıvaxtı.az quruma istinadə xəbər verir ki, hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 46 sifariş qəbul edilib. Bunlardan 15-i onlayn qaydada həyata keçirilib.
Rəqabətli keçən hərracda start qiyməti 8 400 manat olan “Honda Accord” markalı avtomobil 10 884 manata, 8 900 manat olan “Hyundai Elantra” markalı avtomobil isə 10 000 manata satılıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə https://clck.ru/3Mswx8 linki vasitəsilə tanış olmaq olar.
Növbəti hərraclar 8, 15, 22 və 29 iyulda keçiriləcək. Hərraclara müxtəlif markalı nəqliyyat vasitələri çıxarıacaq.
Satışa çıxarılan əmlakların siyahısı ilə https://clck.ru/3MswzT linki vasitəsilə tanış olmaq mümkündür.
Hərraclarda iştirak etmək istəyənlər “www.emlak.gov.az” və “www.auksion.gov.az” internet saytlarından seçim edə bilərlər.