Bu gün saat 13:00 radələrində Beyləqan rayonunda xəsarət alması səbəbilə 2 nəfər (kişi cinsli) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
"Onlardan 1988-ci il təvəllüdlü şəxs hazırda əməliyyata alınıb, 1983-cü il təvəllüdlü şəxsə isə sol baldırın çox qəlpəli açıq yerdəyişən sınığı diaqnozu təyin edilib. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", məlumatda deyilir.
***
15:19
Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub.
Bakıvaxtı.az xəbər verir ki, rayonun Şahsevən qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər qəsəbə sakini - 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu və 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlu isə hüquq mühafizə əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
***
14:23
Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə atışma olub, iki nəfər xəsarət alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub.
Məlumata görə, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün tədbirlər görülür.