• Bakı 27° C

    2.18 m/s

  • USD - 1.7

    EUR - 1.9952

    RUB - 2.1757

BMMT-nin Baş katibi seçilən azərbaycanlı kimdir? - DOSYE
SİYASƏT
10 Iyul 2025 | 14:33

BMMT-nin Baş katibi seçilən azərbaycanlı kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirlyi Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib.

Qeyd edək ki, Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparırdı.

Bəs bu mötəbər beynəlxalq təşkilata Baş katib seçilmiş şəxs kimdir? 

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisidir. Hərbi rütbəsi polkovnikdir. Hazırda FHN-in mərkəzi aparatında fəaliyyət göstərən Ərgüc Kələntərli Azərbaycanı müxtəlif beynəlxalq platformalarda, xüsusilə BMT və regional əməkdaşlıq təşkilatlarında təmsil edir.

O, Beynəlxalq Mülki Müdafiə Təşkilatı (BMMT), BMT-nin Fəlakət Risklərinin Azaldılması Ofisi (UNDRR) və digər beynəlxalq qurumların tədbirlərində iştirak edib, fövqəladə hallar sahəsində risklərin idarə olunması, qarşılıqlı əməkdaşlıq və humanitar müdafiə məsələlərinə dair çıxışlar edib. Eyni zamanda Efiopiyada keçirilən yüksək səviyyəli görüşlərdə Azərbaycanı təmsil etmişdir.

Ərgüc Kələntərli göstərdiyi xidmətlərə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

Əli Hüseynov


SON XƏBƏRLƏR

10 Iyul 2025